• Bakı 23° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Hesablama Palatası siyasi partiyaları da yoxlaya biləcək

İQTİSADİYYAT

03 Oktyabr 2024 | 11:22

Hesablama Palatası siyasi partiyaları da yoxlaya biləcək

Kənar dövlət maliyyə nəzarəti obyektlərinin siyahısı genişləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilir.

Qeyd edək ki, kənar dövlət maliyyə nəzarəti dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinə ali audit orqanı tərəfindən həyata keçirilən müstəqil dövlət nəzarətidir.

Kənar dövlət maliyyə nəzarətinin obyektləri dedikdə dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslər nəzərdə tutulur.


SON XƏBƏRLƏR

30 Iyun 2025