• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycana xaricdən pul köçürmələri 1 mlrd. manatı ötüb

İQTİSADİYYAT

04 Sentyabr 2024 | 13:51

Azərbaycana xaricdən pul köçürmələri 1 mlrd. manatı ötüb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manata bərabər olub.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyul aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 29.9% və ya 450.9 milyon manat, banklardan xaricə köçürmələr isə 17.6% və ya 64.6 milyon manat azalıb.

    Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 509.1 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 367.6 milyon manat təşkil edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026