• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Gimnastlarımız İtaliyadan 4 medalla qayıdırlar - FOTOLAR

İDMAN

08 Iyul 2024 | 15:18

Gimnastlarımız İtaliyadan 4 medalla qayıdırlar - FOTOLAR

Azərbaycanlı gimnastlar beynəlxalq yarışdan uğurlu nəticələrlə qayıdırlar.

Bakıvaxtı.az Azərbaycan Gimnastika Federasiyasına istinadən bildirir ki, İtaliyanın Turin şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq turnirində ölkəmizi təmsil edən gimnastlar 3 qızıl və 1 gümüş medalla Azərbaycana qayıdırlar.

Federasiyanın yaydığı məlumatda idmançılarımız Ağasif Rəhimov və Seyidli Raziyə (qarışıq cütlük), Daniel Abbasov və Murad Rəfiyev (kişi cütlüyü), Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidovanın (13-19 yaş kateqoriyası üzrə qadın qrupu) qızıl medalla mükafatlandırıldığı diqqətə çatdırılıb.

Həmçinin, Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovdan ibarət kişi qrupu isə fəxri kürsünün 2-ci pilləsində qərarlaşıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Oktyabr 2024