• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

"Sumqayıt"dan növbəti transfer

İDMAN

07 Avqust 2024 | 12:34

"Sumqayıt"dan növbəti transfer

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" sabiq futbolçusu Sərtan Taşkını geri qaytarıb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü Türkiyənin "Manisa" klubunda keçirmiş müdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

Azərbaycan millisinin 26 yaşlı futbolçusu "Sumqayıt"ın heyətində 2 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2019/2020 mövsümündə də komandamızda çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026