• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanın gənc qız cüdoçularından rekord

İDMAN

06 Sentyabr 2024 | 11:17

Azərbaycanın gənc qız cüdoçularından rekord

Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar.

Bakıvaxtı.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) buna Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanmaqla nail olublar.

Qızlardan ibarət yığma daha öncə 1999-cu ildə iki qızıl mükafata sahib çıxıb.

Qeyd edək ki, ötən gün oğlanlardan Nizami İmranov (60 kq) gümüş medal əldə edib. İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026