• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Maykl Cordanın ilk oyununa bilet hərracla satılacaq

İDMAN

05 Oktyabr 2024 | 17:52

Maykl Cordanın ilk oyununa bilet hərracla satılacaq

 Əfsanəvi oyunçu Maykl Cordanın Milli Basketbol Assosiasiyasında debüt oyununa bilet və onun avtoqrafı olan kart hərraca çıxarılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, əşyalar oktyabrın sonuna qədər hərracda olacaq.

Qalib şəxsə həmçinin, Cordanın avtoqraf sessiyalarından eksklüziv fləş disk hədiyyə ediləcək.

Xatırladaq ki, Cordan MBA-da debüt oyununu “Vaşinqton Bullets”ə (indiki Vaşinqton Vizards) qarşı keçirib. Matçda Maykl 16 xal toplayıb, 6 ribaund, 7 məhsuldar ötürmə edib. Görüş 109:93 hesabı ilə “Çikaqo”nun xeyrinə başa çatıb.


SON XƏBƏRLƏR