• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Azərbaycan Kubokunun sahibi müəyyənləşdi

İDMAN

04 Noyabr 2024 | 17:46

Azərbaycan Kubokunun sahibi müəyyənləşdi

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qalib müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Azərreyl" və "Xilasedici" kollektivləri üz-üzə gəlib.

Heç bir setdə rəqibinə şans tanımayan Fövqəladə Hallar Nazirliyi (FHN) təmsilçisi yekunda 3:0 (25:19, 25:21, 25:23) hesablı qələbəyə sevinib.

Qeyd edək li, "Azərreyl" yarımfinalda "Murov Az Terminal”ı “Xilasedici” isə "Neftçi"ni üstələmişdi.

Qadınlar arasında ölkə kubokunun sahibi bu gün baş tutacaq “Gəncə” və “Abşeron” kollektivlərinin final görüşündən sonra bəlli olacaq.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025