Almaniyanın "Borussiya" (Dortmund) klubu qış "transfer pəncərəsi"ndə Doniell Maleni satmaq qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, klub futbolçuya qışda başqa iş yeri axtarmaq üçün icazə verib.
Almaniya təmsilçisi 25-30 milyon avroluq təklif alacağı təqdirdə oyunçunu buraxacaq. Malenin Dortmund təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2021-ci ildə "Borussiya"ya keçən futbolçu cari mövsüm 17 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib və 4 qol vurub.