• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Fatih Terimin ilk transferi planı

İDMAN

03 Yanvar 2025 | 00:17 | Müəllif: Subhan Mahmudov

Fatih Terimin ilk transferi planı

"Əş-Şabab"ın baş məşqçisi Fatih Terimin ilk transfer hədəfi məlum olub.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis "Fənərbağça"da çıxış edən Cengiz Ünderin xidmətində maraqlıdır.

Fatih Terim Cengizlə danışıb və onu komandasında görmək istədiyini bildirib. 27 yaşlı vinger özü də təklifə isti yanaşır.

"Fənərbağça" da transferin əleyhinə deyil. İstanbul klubu futbolçunun yüksək maaşından qurtulmaq istəyir. Təcrübəli oyunçunun illik maaşı 3,7 milyon avrodur.

Qeyd edək ki, "Fənərbağça" Cengiz Ünderi ötən ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Superliqa təmsilçisinin heyətində beş rəsmi matçda meydana çıxıb. O, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026