• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İngiltərə klubunun xalları silinə bilər

İDMAN

02 Yanvar 2025 | 23:53 | Müəllif: Subhan Mahmudov

İngiltərə klubunun xalları silinə bilər

İngiltərə Premyer Liqasında çıxış edən "Lester"in xalları silinə bilər.

Bakıvaxtı.az xəbər verir ki, klub ölkə çempionatının maliyyə qaydalarını pozmaqda ittiham olunur.

Hüquqşünaslar pozuntulara yol verilib-verilmədiyini müəyyənləşdirmək üçün yaxın iki həftə ərzində göstəriciləri qiymətləndirəcəklər. Sanksiya qərarının yanvarın 13-də dərc olunacağı gözlənilir.

Qeyd edək ki, “Lester” klubu 2022/2023-cü illər mövsümündə maliyyə qaydalarını pozmaqda ittiham edilir. Komanda hazırda 14 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026