• Bakı C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

FİFA-nın yeni formatda keçirəcəyi klublararası dünya çempionatında səbətlər müəyyənləşib

İDMAN

04 Dekabr 2024 | 16:10

FİFA-nın yeni formatda keçirəcəyi klublararası dünya çempionatında səbətlər müəyyənləşib

FİFA-nın 2025-ci ildə yeni formatda keçirəcəyi klublararası dünya çempionatında səbətlərin tərkibi müəyyənləşib.

Bakıvaxtı.az apasport-a istinadla xəbər verir ki, püşkatma mərasimi sabah Mayami şəhərində keçiriləcək.

    Mundialda 32 klub yarışacaq. Hərəsində 4 komanda olmaqla, kollektivlər 8 qrupa bölünəcəklər.

    İlk dəfə bu sayda klubun iştirakı ilə keçiriləcək DÇ iyunun 15-dən iyulun 15-dək ABŞ-də təşkil olunacaq.

    Klublararası dünya çempionatı-2025:

    1-ci səbət: "Mançester Siti", "Real" (Madrid, "Bayern" (Münhen), PSJ, "Flamenqu", "Palmeyras", "River Pleyt", "Fluminense";

    2-ci səbət: "Çelsi", "Borussiya" (Dortmund), "İnter" (Milan), "Portu", "Atletiko" (Madrid), "Benfika", "Yuventus", "Zalsburq";

    3-cü səbət: "Əl Hilal", "Ulsan", "Əl Əhli", "Raja Kasablanka", "Monterrey", "Leon", "Boka Xunyors", "Botafoqo";

    4-cü səbət: "Urava", "Əl Əyn", "Tunis", "Mamelodi", "Paçuka", "Syetl Sounders", "Oklənd Siti", "İnter Mayami"


    SON XƏBƏRLƏR

    04 Dekabr 2024