• Bakı 12° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Perulu futbolçunu ildırım vurub öldürdü

İDMAN

04 Noyabr 2024 | 11:20

Perulu futbolçunu ildırım vurub öldürdü

Perulu müdafiəçi Xose Uqo De la Krus Mesa oyun zamanı ildırım vurması nəticəsində ölüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Perunun Uankayo şəhərində "Xuventud Bellavista" və "Familia Çokka" komandaları arasında keçirilən qarşılaşmanın 23-cü dəqiqəsində baş verib.

Oyun zamanı güclü yağış başlayıb və hər iki kollektiv meydanı tərk etməyə başlayıb. Bu zaman ildırım 35 yaşlı müdafiəçi də daxil olmaqla, bir neçə futbolçunu vurub. Digərləri xəstəxanaya çatdırılsa da, Xose Uqo De la Krus Mesa meydanda vəfat edib.

Həmin vaxt müdafiəçinin yanında olan qapıçı və digər futbolçular ciddi yanıq xəsarəti alıblar.


SON XƏBƏRLƏR

16 Noyabr 2025