• Bakı 31° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək

İDMAN

04 Noyabr 2024 | 09:07

Voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək

Bu gün voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan yarışda kişilər və qadınların mübarizəsində final matçları keçiriləcək.

Kişilərin turnirində həlledici oyunda "Azərreyl" klubu “Xilasedici” ilə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Qadınlarda isə "Gəncə" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 18:00-da başlayacaq.

Final matçlarından sonra mükafatlandırma və yarışın bağlanış mərasimi təşkil olunacaq. Oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.


SON XƏBƏRLƏR

10 Iyul 2025