"Araz-Naxçıvan" klubu futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda "Mingəçevir"lə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Premyer Liqa klubunda qolları 5-ci dəqiqədə Ülvi İsgəndərov, 21-ci dəqiqədə Bernardo Dias, 66-cı dəqiqədə Sezar Meza Kolli vurublar.
"Mingəçevir"in heyətində 80-ci dəqiqədə Elmin Bayramov fərqlənib.
"Araz-Naxçıvan" növbəti raundda "Zirə" - "Şamaxı" matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl "Səbail" 1/4 finala yüksəlib. Günün son oyununda "Sabah" və "Turan Tovuz" klubları münasibətlərə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.