İspaniya təmsilçisi "Barselona"nın aşpazı Robert Levandovskinin oyunçulara verilən yeməyin keyfiyyəti ilə bağlı şikayətindən sonra işdən çıxarılıb.
Bakıvaxtı.az-ın "Football Espana"ya istinadən məlumatına görə, polşalı hücumçu komandanın baş məşqçisi Hans-Diter Flikə pis hazırlanan yumurtaların ona narahatlıq yaratdığını bildirib.
Alman məşqçi klub rəhbərliyinə aşpazın yüksək tələblərə cavab vermədiyini bildirib və onun başqası ilə əvəzlənməsini istəyib. Futbolçuların qidalanmasına ciddi şəkildə diqqət ayıran almaniyalı mütəxəssis "Barselona"ya özü ilə fərdi pəhriz proqramları hazırlayan nutriloq da gətirib.
Qeyd edək ki, 36 yaşlı futbolçu bu mövsüm Kataloniya komandasında meydana çıxdığı 24 oyunda 23 qola və 2 məhsuldar ötürməyə imza atıb.