• Bakı C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

UEFA klubların son 10 illik reytinqini AÇIQLADI

İDMAN

01 Yanvar 2025 | 23:08

UEFA klubların son 10 illik reytinqini AÇIQLADI

UEFA klubların son 10 illik reytinqi açıqlayıb

Bakıvaxtı.az xəbər verir ki, siyahıda Avropanın 554 klubu yer alıb. 2015-2024-cü illər ərzində qitə kuboklarında iştirak etmiş Azərbaycanı bu reytinqdə 9 klub təmsil edir.

Azərbaycan klubları arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi 53,000 xalla Avropada 65-ci yeri tutur və “Atletik”, “Betis”, “Volfsburq” kimi klubları geridə qoyub.

“Neftçi” 11,750 xalla 260-62-ci yerləri bölüşərək Tbilisi “Dinamo”su və “Suduva” ilə eyni xallara malikdir.

“Qəbələ” isə 10,500 xalla 282-87-ci yerləri bölüşür. Digər Azərbaycan klubları – “Zirə”, “Sabah”, “Səbail”, “Sumqayıt”, “Şamaxı” və “Kəpəz” 7,675 xalla 348-353-cü yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, reytinqə 265,000 xalla İspaniyanın “Real Madrid” klubu başçılıq edir.

 


SON XƏBƏRLƏR

04 Yanvar 2025