"Qəbələ" klubu iki futbolçusu ilə yollarını ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.
“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.