• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar

İDMAN

01 Mart 2025 | 17:10 | Müəllif: Gülşən Şərif

Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar

 Azərbaycan təmsilçiləri martın 3-də Monteneqronun Budva şəhərində start götürəcək gənc boksçular arasında “Adriatik incisi” beynəlxalq turnirində iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, milli həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.

“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR