• Bakı 21° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Fabreqas “Milan”ın baş məşqçisi ola bilər

İDMAN

01 Mart 2025 | 17:53

Fabreqas “Milan”ın baş məşqçisi ola bilər

İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas karyerasını “Milan”da davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı ispaniyalı mütəxəssis “rossoneri”lərin hazırki baş məşqçisi Serxio Konseysaunu əvəz etməyə əsas namizəddir.

Milan təmsilçisinin rəhbərliyi Fabreqasla yanaşı Mauritsio Sarri və Roberto de Zerbi variantını nəzərdən keçirir.

Qeyd edək ki, “Milan” 26 turdan sonra 41 xalla A Seriyasının turnir cədvəlində 8-ci yerdədir, Fabreqasın rəhbərlik etdiyi "Komo" isə 28 xalla 13-cüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026