• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Futbolda yenilik: Qapıçı oyunda topu əlində 8 saniyədən artıq saxlasa...

İDMAN

01 Mart 2025 | 20:36

Futbolda yenilik: Qapıçı oyunda topu əlində 8 saniyədən artıq saxlasa...

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, qurum qapıçılara tətbiq olunan topu əldə saxlama qaydası barədə müzakirələr aparıb.

Nəticədə növbəti mövsümdən etibarən, oyunda qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komandaya küncdən zərbə veriləcək.

Hakimlər buna uyğun saniyəölçənlə təmin ediləcək. Bunu IFAB-ın mətbuat xidməti açıqlayıb.

Qeyd edək ki, həmin qayda daha öncə 6 saniyə idi.


SON XƏBƏRLƏR

02 Mart 2025
01 Mart 2025