• Bakı 23° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Neftçi"dən inamlı QƏLƏBƏ

İDMAN

31 Yanvar 2025 | 21:03 | Müəllif: Subhan Mahmudov

"Neftçi"dən inamlı QƏLƏBƏ

Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Neftçi” doğma meydanda “Şamaxı” ilə qarşılaşıb. “Neftçi Arena”dakı oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 45+4-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub.

Bu nəticədən sonra xallarını 21-ə çatdıran "Neftçi" 7-ci pillədə qərarlaşıb. 17 xalı olan “Şamaxı” isə 9-cu sıraya geriləyib.

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” Tovuzda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib. XXI tura fevralın 2-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026