İspaniyanın "Atletik" (Bilbao) klubunun cari mövsüm 16 oyunluq məğlubedilməzlik seriyası başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, komanda ötən gün La Liqanın XXVI turda səfərdə "Atletiko"ya (Madrid) 0:1 hesabı ilə uduzub.
Bununla da, Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv tarixinin ikinci ən yaxşı göstəricisinə imza atmaq şansını itirib.
Bilbao təmsilçisi son olaraq 1929/1930 mövsümündə ardıcıl 18 oyunda uduzmayıb.
Qeyd edək ki, həmin vaxt İspaniya çempionatında 10 komanda iştirak edib.



jpg-1743492946.webp)
jpg-1743492325.webp)

jpg-1743487076.webp)
jpg-1743486649.webp)








