• Bakı 18° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Azərbaycanın qadın hakimlərinə yeni təyinat 

İDMAN

31 Mart 2025 | 22:54

Azərbaycanın qadın hakimlərinə yeni təyinat 

FIFA referisi Fəridə Lütfəliyeva növbəti təyinatını alıb.

Bakıvaxtı.az xəbər verir ki, o, 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək. Azərbaycanlı referi II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qrupun oyunları Moldovada təşkil olunacaq.


SON XƏBƏRLƏR

01 Aprel 2025