• Bakı 12° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Messinin mühafizəçisinə qadağa qoyuldu

İDMAN

01 Aprel 2025 | 09:47

Messinin mühafizəçisinə qadağa qoyuldu

"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messinin mühafizəçisi Yassin Çeukonun MLS çempionatının oyunları zamanı meydana daxil olmasına qadağa qoyulub.

Bakıvaxtı.az "Bolavip"ə istinadən xəbər verir ki, bu, hər stadionunun əlavə köməyə ehtiyacı olmayan mühafizəsinin olması ilə bağlıdır.

37 yaşlı hücumçunun cangüdəni daha əvvəl bir neçə dəfə meydana daxil olub. Bu, azarkeşlərin Messi ilə şəkil çəkdirməsinə görə baş verib.

Mühafizəçi açıqlamasında artıq meydana çıxmağına icazə verilmədiyini təsdiqləyib:

"Yeddi il Avropada, Liqa 1-də və Çempionlar Liqasında çalışdım. Bu müddət ərzində meydana cəmi altı nəfər daxil oldu. ABŞ-də 20 ayda 16 cəhd olub. Burada böyük problem var, problem mən deyiləm. Əlbəttə, liqanın qərarını da başa düşürəm".


SON XƏBƏRLƏR