• Bakı C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

"Atletiko" ilə matçı buraxa bilər

İDMAN

02 Mart 2025 | 20:52

Atletiko ilə matçı buraxa bilər

"Real"ın futbolçusu Federiko Valverde Çempionlar Liqasının 1/8 finalının ilk görüşündə "Atletiko" ilə matç üçün məşqdə iştirak etməyəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

26 yaşlı futbolçu budunun adduktor əzələsi ilə bağlı problemlərə görə individual məşqlər keçib. Daha öncə uruqvaylı oyunçunun artıq bir ay ərzində bud əzələləri ilə bağlı problemlərin olması bəlli olub. Onun "Atletiko" ilə matçda iştirakı sual altındadır. Qərarın sabah veriləcəyi gözlənilir. 

Qeyd edək ki, "Real" - "Atletiko" matçı martın 4-ü, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. /Qol.az


SON XƏBƏRLƏR

02 Mart 2025