• Bakı C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Ulduz futbolçu "Real" azarkeşlərindən ÜZR İSTƏDİ

İDMAN

02 Mart 2025 | 15:15

Ulduz futbolçu Real azarkeşlərindən ÜZR İSTƏDİ

İspaniya La Liqasının XXVI turunda sabiq komandası "Real"a (Madrid) qol vurduqdan sonra hədsiz dərəcədə sevinc yaşayan İsko, bu davranışına görə "Kral klubu"nun azarkeşlərindən üzr istəyib.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı vinger ötən gün "Betis"in 2:1 hesabı ilə qalib gəldiyi matçın ardından rəqib komandanın azarkeşlərinə səslənib.

"Vurduğum qola görə hədsiz dərəcədə sevindiyim üçün bütün "Real" azarkeşlərindən üzr istəyirəm. Bu komanda və azarkeşləri hər zaman mənim ürəyimdə qalacaq" - deyə o, bildirib.

Qeyd edək ki, İsko 2013-2022 illər aralığında "Real"ın formasını geyinib.  "Report"


SON XƏBƏRLƏR

02 Mart 2025