ABŞ komandası fevralın 21-23-də Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda ən böyük heyətə malik olacaq.
Bakıvaxtı.az xəbər verir ki, 16 amerikalı idmançı ölkəmizə gələcək.
Onlardan səkkizi batut proqramında, digər səkkiz nəfər isə tamblinqdə çıxış edəcək. Gimnastlar arasında Pol Bretçer, Trevor Harder, Şelbi Nobuhara və başqaları var.
Qeyd edək ki, Dünya kubokunda 15 ölkədən idmançılar iştirak edəcək.