• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ronaldo gələcəyinə aydınlıq gətirdi

İDMAN

01 Yanvar 2025 | 22:15

Ronaldo gələcəyinə aydınlıq gətirdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo gələcəyi ilə bağlı qərarını verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN-in Portuqaliya bölməsi məlumat yayıb.

Mənbənin məlumatına görə, hücumçu yanvar ayı ərzində klub məsələsini həll etmək niyyətindədir. Ronaldunun Səudiyyə klubu ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonunadək nəzərdə tutulub və FIFA qaydalarına əsasən, futbolçu yanvarın 1-dən digər komandalarla danışıqlar apara bilər.

Ronaldu Səudiyyə komandası üçün keçirdiyi 83 oyunda 74 qol və 18 məhsuldar ötürmə qeydə alıb.

Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində “Əl-Nəsr” 25 xalla dördüncü yerdədir. Çempionatda 36 xalla “Əl-İttihad” liderlik edir.

Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından “Əl-Nəsr” komandasının hücumçusudur. Ölkədə nikahsız kişi və qadının bir dam altında yaşaması yasaqlansa da, əfsanəvi futbolçuya güzəşt edilib və uşaqlarının anası ilə birgə yaşamasına icazə verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026