“Mançester Yunayted”ın qış fasiləsində satmaq istədiyi futbolçular bəlli olub.
Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, İngiltərə klubunun “qara siyahı”sında üç oyunçu var.
Klub rəhbərliyi braziliyalı yarımmüdafiəçi Kazemiro, danimarkalı pleymeyker Kristian Eriksen və isveçli müdafiəçi Viktor Lindelöfü heyətdə saxlamağı faydasız hesab edir. Bu “üçlük” yeni futbolçular alınmazdan öncə göndərilməlidir.
Qeyd edək ki, 19 turda 22 xal toplayan “qırmızı şeytanlar” turnir cədvəlində 14-dür.