• Bakı 21° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“TEKNOFEST”də elektrik yarış bolidi təqdim edilib

İDMAN

05 Oktyabr 2024 | 15:12 | Müəllif: Gülşən Şərif

“TEKNOFEST”də elektrik yarış bolidi təqdim edilib

İstanbul Texniki Universitetinin (İTÜ) “Racing” komandası tərəfindən hazırlanmış elektrik yarış avtomobili Adanada keçirilən “TEKNOFEST-2024” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının keçirildiyi ərazidə təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, avtomobili yaratmaq üçün İTÜ tələbələri 8 ay vaxt sərf ediblər.

Komandanın kapitanı Bahadır Balcı bildirib ki, avtomobil Avropada keçirilən “Formula Student” yarışlarında iştirak etmək üçün hazırlanıb.

Onun sözlərinə görə, İTÜ tələbələri 2007-ci ildən bu yana cəmi 5 yarış avtomobili yaradıb, onlardan ikisi elektrik mühərriki ilə təchiz edilib.

“TEKNOFEST” festivalında təqdim olunan avtomobil saatda 100 kilometr sürəti 2,7 saniyəyə yığır. Maksimal sürət isə saatda 250 kilometrdir”, - deyən Balcı Adanada festival iştirakçıları və qonaqlar arasında avtomobilə olan yüksək marağa diqqət çəkib. O əlavə edib: “Biz yeni beynəlxalq yarışlarda iştirak etmək üçün avtomobili təkmilləşdirməyi planlaşdırırıq. İTÜ komandası bu il artıq Macarıstan və İtaliyadakı yarışlarda iştirak edib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026