• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidir?

İDMAN

06 Sentyabr 2024 | 09:40

Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidir?

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 32-ci pillədə qərarlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 3 bürünc mükafat var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (uzunluğa tullanma) və Lamiyə Vəliyeva (100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) ilə Vəli İsrafilov (100 metr məsafəyə brass üsuu ilə üzmək) bürünc medala sahib çıxıblar.

Siyahıya Çin (74 qızıl, 55 gümüş, 37 bürünc) başçılıq edir. Böyük Britaniya (36 qızıl, 29 gümüş, 19 bürünc) ikinci, ABŞ (27 qızıl, 33 gümüş, 12 bürünc) üçüncüdür.

Hələlik 80 ölkə təmsilçiləri medal əldə edə biliblər.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026