• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Orban Pekindən sonra Vaşinqtona getdi

DÜNYA

08 Iyul 2024 | 12:06

Orban Pekindən sonra Vaşinqtona getdi

Macarıstan Baş naziri Viktor Orban bu gün Çin dövlət başçısı Si Cinpin Pekində görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Macarıstan lideri Pekindən sonra Vaşinqtona yola düşdüyünü bildirib.

Qeyd edək ki, Orban iyulun 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib. İyulun 2-də isə o, Kiyevə səfər edib və burada bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. O, eyni zamanda, iyulun 6-da Şuşada TST liderlərinin sammitində iştirak edib.APA


SON XƏBƏRLƏR

05 Oktyabr 2024