• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Tramp Maska müsahibə verəcək

DÜNYA

07 Avqust 2024 | 11:37

Tramp Maska müsahibə verəcək

ABŞ prezidentliyinə namizəd Donald Tramp "SpaceX"in rəhbəri İlon Maska müsahibə verəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp özünün "Truth Social" sosial şəbəkəsində bu barədə paylaşım edib.

Müsahibə 12 avqust bazar ertəsi baş tutacaq. O, başqa təfərrüatları açıqlamayıb. Mask hələ Trampın mesajını şərh etməyib.

İyulun 13-də Donald Trampa sui-qəsd cəhdindən sonra İlon Mask Trampı “tam” dəstəklədiyini və onun tezliklə sağalacağına ümid etdiyini bildirib. Biznesmen həmçinin qeyd edib ki, “sonuncu dəfə belə güclü namizəd Teodor Ruzvelt olub, Trampı seçki kampaniyası zamanı yaralanmış ABŞ-ın 26-cı prezidenti ilə müqayisə edib.

Mənbələr "The Wall Street Journal"a bildiriblər ki, Mask Trampın seçki kampaniyasını dəstəkləyən fonda ayda 45 milyon dollar köçürməyi planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026