• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrail Cenin şəhərindən geri çəkildi

DÜNYA

06 Sentyabr 2024 | 10:17 | Müəllif: Gülşən Şərif

İsrail Cenin şəhərindən geri çəkildi

İsrail qüvvələri 10 günlük hücumdan sonra işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərindən geri çəkilib.

Bakıvaxtı.az Fələstinin rəsmi agentliyi "WAFA"ya istinadən xəbər verir ki, İsrail qüvvələrinin hücumları nəticəsində onlarla insanın ölüb və yaralanıb.

İsrail qüvvələri Cenin şəhərində əsas yolların infrastrukturuna, qaçqın düşərgəsinə və şəhərin şərqindəki məhəllələrə böyük ziyan vurub. Sözügedən ərazidə İsrail tikinti texnikası tərəfindən aparılan qazıntı və dağıntılar nəticəsində su, elektrik və kommunikasiya xətləri kəsilib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 10 gün ərzində Cenində 21-i uşaq və qoca olmaqla, 39 fələstinli, Tubasda 8, Tulkərimdə 7, Hebronda 3 fələstinli həyatını itirib, 145 nəfər yaralanıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026