• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

DÜNYA

06 Oktyabr 2024 | 10:04

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi ideyası respublika referendumunda əhali tərəfindən təsdiqlənərsə, onu beynəlxalq konsorsium tikməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səsvermədən sonra jurnalistlərlə söhbətində bildirib.

“Bu, asan məsələ deyil. Hökumət təhlillə məşğul olmalı, müvafiq danışıqlar aparmalıdır. Bu məsələyə dair şəxsi baxışım ondan ibarətdir ki, Qazaxıstanda ən qabaqcıl texnologiyalara malik dünya şirkətlərindən ibarət beynəlxalq konsorsium işləməlidir. Sonrasını, necə deyərlər, həyat göstərəcək”, – o vurğulayıb.

Qazaxıstanda AES-in tikintisi ilə bağlı respublika referendumu bu gün keçirilir. Seçici siyahılarında olan 12,2 milyon vətəndaşın 50 %-dən çoxu iştirak edərsə, referendum baş tutmuş sayılacaq./report


SON XƏBƏRLƏR

05 Oktyabr 2024