İsrail hərbi təyyarələri Dəməşq hava limanına gedən yolda yerləşən Seyid Zeynəb bölgəsinin cənub-şərqinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya Mülki Aviasiya İdarəsinin baş direktoru Basem Mansur məlumat verib.
“Dəməşq hava limanı təcavüzkarın raket hücumlarına məruz qalmayıb, paytaxtın hava limanı zədələnməyib və normal şəkildə fəaliyyətini davam etdirir”, - məlumatda qeyd olunub.