• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Papa Fransisk Viktor Orbanla görüşdü - FOTO

DÜNYA

04 Dekabr 2024 | 20:30 | Müəllif: Subhan Mahmudov

Papa Fransisk Viktor Orbanla görüşdü - FOTO

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İtaliyada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yarım saatdan çox davam edən görüşdə Ukraynadakı müharibə, onun humanitar nəticələri və sülh səyləri, Macarıstanın Avropa Şurasına sədrliyi çərçivəsində ümumi maraq doğuran məsələlər, həmçinin ailələrə və gənclərə dəstək mövzuları müzakirə edilib. Tərəflər möhkəm və səmərəli ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb, Katolik Kilsəsinin Macarıstan cəmiyyətinin inkişafı və rifahının təşviqində göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub.

Sonda hədiyyələrin mübadiləsi olub.

Qeyd edək ki, Viktor Orbanın Vatikana sonuncu səfəri 2022-ci ilin aprelində baş tutub. Papa Fransisk isə 2023-cü ilin aprelində Macarıstana səfər edib.


Papa Fransisk Viktor Orbanla görüşdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026