Ukrayna 18-25 yaş arası gəncləri Rusiyaya qarşı müharibədə iştirak etmək üçün cəlb etməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken “Röyters”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, uğurun açarı döyüş meydanında insanların, eləcə də silah və sursatın olmasıdır:
“Bu, çox çətin qərardır. Ancaq biz və əksəriyyət gənclərin mübarizəyə cəlb olunmasının zəruriliyinə inanırıq. Hazırda Ukraynada 18-25 yaş arası gənclər müharibəyə aparılmır”.
Qeyd edək ki, bir müddət öncə Ukrayna lideri Zelenski bu təklifə reaksiya vermiş və bunun ölkəsinin daxili işi olduğunu bildirmişdi. “Sizin işiniz bizi silahla təmin etməkdir – siz öz işinizi görün, biz də öz işimizi”, - deyə Zelenski qeyd etmişdi.