• Bakı 23° C

    14.09 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Ukrayna bu şərtlə atəşkəsə razı ola bilər

DÜNYA

04 Dekabr 2024 | 21:41

Ukrayna bu şərtlə atəşkəsə razı ola bilər

Ukrayna prezidenti NATO üzvlüyü qarşılığında Rusiya ilə atəşkəsə razı ola bilər.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenski Rusiyayla müharibənin sona çatdırılması mövzusundakı ritorikasında incə bir dəyişiklik edərək Ukraynanın Rusiyanın işğal etdiyi əraziləri geri almaq üçün mübarizəni dayandırmağa açıq olduğunu bildirib.

Amma bunun müqabilində NATO üzv olmaq istədiyini qeyd edib. 

Son bir həftə ərzində verdiyi bir sıra müsahibələrdə və ictimai bəyanatlarda Zelenski müharibənin bitməsi üçün danışıqlara hazır olduğunu göstərməyə çalışıb.

Qeyd edək ki, müharibənin əksər hissəsi ərzində Zelenski ölkəsinin Moskvanın nəzarətində olan təxminən 20% ərazini bərpa etməyincə mübarizəni davam etdirəcəyini israrla vurğulamışdı./Milli.az


SON XƏBƏRLƏR

29 Iyun 2025