• Bakı C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Rusiyadan Sandunun seçilməsinə reaksiya

DÜNYA

04 Noyabr 2024 | 23:05

Rusiyadan Sandunun seçilməsinə reaksiya

Moldovada keçirilən seçkilər tarixin ən qeyri-demokratik kampaniyası olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Moldovada keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

"Rəsmi Kişinyovun Rusiyada yaşayan moldovalı seçicilərə qarşı ayrı-seçkiliyi xüsusi qeyd edilməlidir. Ölkəmizdə sayı müxtəlif hesablamalara görə 500 min nəfərə çatan Moldova diasporu üçün birinci turda olduğu kimi, cəmi iki seçki məntəqəsi açılıb. Müqayisə üçün: 500 minə yaxın moldovanın da yaşadığı Avropa və Şimali Amerikada 200-dən çox seçki məntəqəsi yaradılıb və bir sıra ölkələrdə Moldova vətəndaşlarına poçt vasitəsilə səs verməyə icazə verilib.

Maya Sandunun seçkilərdə qələbəsi Qərb ölkələrindəki diasporların səsləri ilə təmin edilib. Moldova Rusiya ilə əlaqələri dəstəkləyən vətəndaşlarının maraqlarını nəzərə almalıdır", - Zaxarova qeyd edib.

Qeyd edək ki, 3 noyabrda Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda Maya Sandu 55,33% səslə qalib gəlib.


SON XƏBƏRLƏR

13 Dekabr 2024