• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Şimali Koreya ballistik raketləri işə saldı

DÜNYA

05 Noyabr 2024 | 09:37

Şimali Koreya ballistik raketləri işə saldı

Şimali Koreya 400 km-ə qədər mənzil və təxminən 100 km uçuş hündürlüyünə malik ən azı 7 ballistik raket buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Gen Nakatani bildirib.

Onun sözlərinə görə, raketlərin hamısı Yaponiyanın xüsusi iqtisadi zonasından kənara düşüb.

“Bu gün KXDR şimal-şərq istiqamətində qısa mənzilli ballistik raket buraxıb... Ən azı 7 raket atılıb. Onların uçuş hündürlüyü təqribən 100 kilometrə, uçuş məsafəsi isə 400 kilometrə çatdı”, yaponiyalı nazir deyib.

Nakatani əlavə edib ki, Yaponiya hökuməti raket buraxılışları ilə bağlı KXDR-ə kəskin etiraz göndərib və bunu “tamamilə qəbuledilməz” adlandırıb.

Xatırladaq ki, oktyabrın 31-nə keçən gecə Şimali Koreya özünün ən yeni qitələrarası ballistik raketi "Hwasong-19"u buraxıb. 


SON XƏBƏRLƏR