• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Zaxarovanın Malta səfərinə imkan verilmədi

DÜNYA

05 Dekabr 2024 | 09:32

Zaxarovanın Malta səfərinə imkan verilmədi

Malta Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dekabrın 5-6-da paytaxt Valetta şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak üçün verilmiş vizasını son anda ləğv edib.

Bakıvaxtı.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bəyanatda Zaxarovanın vizasının ləğvi görünməmiş hadisə adlandırılıb. O da qeyd olunub ki, Malta tərəfi vizanın ləğvinin onlardan asılı olmayan səbəbdən baş verdiyini bildirib.

“ATƏT sistemində müxtəlif tədbirlər, o cümlədən Nazirlər Şurasının qarşıdan gələn iclası üçün Rusiya nümayəndə heyətinin üzvlərinə vizaların verilməməsi probleminə xüsusi diqqət yetiriləcək”, - nazirlik bəyan edib.

Qeyd olunub ki, iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.


SON XƏBƏRLƏR