• Bakı C

    10.01 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Tramp Estoniyadakı səfir vəzifəsinə Roman Pipkonun namizəd göstərib

DÜNYA

04 Yanvar 2025 | 09:08

Tramp Estoniyadakı səfir vəzifəsinə Roman Pipkonun namizəd göstərib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Estoniyadakı səfiri vəzifəsinə əvvəllər Rusiya-Amerika Sahibkarlıq Fonduna rəhbərlik etmiş Roman Pipkonun namizədliyini irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Tramp özünün “Truth” hesabında yazıb.

    “Mən Roman Pipkonun ABŞ-nin Estoniyadakı yeni səfiri vəzifəsinə namizədliyini irəli sürdüyümü elan etməkdən məmnunam ki, Roman Estoniyada doğulub böyüyüb və xarici hökumətlərlə iş sahəsində mühüm təcrübəyə malikdir”, - deyə o bildirib.

    Əvvəllər Pipko ABŞ-ın maraqlarını Avropa Yenidənqurma və İnkişaf Bankında təmsil edib, həmçinin 1995-ci ildə Rusiya İri Müəssisələrinə Dəstək Fondu ilə Rusiyadakı Amerika İnvestisiya Fonduna birləşdirilən Rusiya-Amerika Sahibkarlıq Fonduna rəhbərlik edib. Fond 2008-ci ildə ləğv edilib.

    Qeyd edək ki, Roman Monqolustan, Afrika, Rusiya, Qərbi Avropa və vətəni Estoniyadakı layihələrlə bağlı danışıqlarda ABŞ şirkətlərini təmsil edib.


    SON XƏBƏRLƏR

    05 Yanvar 2025