• Bakı 23° C

    2.67 m/s

Rusiyanın hava limanı müvəqqəti bağlandı

DÜNYA

03 Fevral 2025 | 00:07 | Müəllif: Subhan Mahmudov

Rusiyanın hava limanı müvəqqəti bağlandı

Volqoqrad hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb. 

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Volqoqrad hava limanının (Gümrə) fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir", - məlumatda deyilir.

Qeyd olunur ki, uçuşun təhlükəsizliyini təmin etmək üçün təyyarələrin ekipajları, dispetçerlər və hava limanının xidmətləri bütün zəruri tədbirləri həyata keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026