• Bakı C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

Koşta: Aİ Fələstində sərhəd dəyişikliklərini tanımır

DÜNYA

04 Mart 2025 | 23:51

Koşta: Aİ Fələstində sərhəd dəyişikliklərini tanımır

Avropa İttifaqı (Aİ) Qəzza zolağında və ya Fələstinin digər bölgəsində BMT tərəfindən tanınan sərhədlərdə hər hansı dəyişikliyi tanımır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Misirdə Ərəb Dövlətləri Liqasının (ƏDL) növbədənkənar sammitinin açılışında bildirib.

Koşta bütün tərəfləri atəşkəs rejiminə əməl etməyə və Fələstinə humanitar yardım çatdırmaq imkanını təmin etməyə çağırıb.

O, Aİ-nin Qəzzada idarəçiliyin bərpasına dəstəkdə əsas rol oynayacağına və həmçinin regionda uzunmüddətli sülhün əldə edilməsinə yönəlmiş istənilən diplomatik səyləri dəstəkləyəcəyinə söz verib.


SON XƏBƏRLƏR

04 Mart 2025