• Bakı 18° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.8849

    RUB - 2.0239

NASA: 2032-ci ildə Ayla fəlakətli toqquşma ola bilər

DÜNYA

03 Aprel 2025 | 22:41

NASA: 2032-ci ildə Ayla fəlakətli toqquşma ola bilər

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2024 YR4 asteroidinin 2032-ci ildə Ayla toqquşma ehtimalını yüksək qiymətləndirir.

Bakıvaxtı.az xəbər verir ki, hazırda bu göstərici 3,8 faiz olduğu halda, fevralın sonunda 1,7 faiz təşkil etmişdi.

Toqquşmanın Yerin peykinin orbitinə təsir etməyəcəyi bildirilir. Asteroidin Aya çırpılmaması ehtimalı 96,2 faizdir.

Elm adamları "James Webb" kosmik teleskopunun köməyi ilə asteroidin ölçüsünü dəqiqləşdiriblər. Göy cismi 53-67 metrdir, bu, təxminən 10 mərtəbəli binanın ölçüsüdür.

Alimlərə görə, asteroid Yerə çırpılsa, bu, regional fəlakətə səbəb ola bilər. Eyni proqnoz Ay üçün də səsləndirilib. Amma orada yaşayış olmadığı üçün bu fəlakət hiss olunmayacaq./teleqraf.com


SON XƏBƏRLƏR

06 Aprel 2025