• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İlk xarici səfərini Azərbaycana edəcək

DÜNYA

03 Aprel 2025 | 21:37 | Müəllif: Subhan Mahmudov

İlk xarici səfərini Azərbaycana edəcək

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin ortalarında Azərbaycana, daha sonra isə Ermənistana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Kavelaşvilinin planlaşdırılan səfərləri barədə məlumatı onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Ekhvaya yayıb.

Kavelaşvilinin ilk xarici səfəri aprelin 14-15-də Azərbaycana baş tutacaq.

"Sonra Ermənistana - güman ki, ayın sonunda gedəcək. Tarixlər hələ dəqiqləşməyib", - deyə Ekhvaya bildirib.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze 2024-cü ildə iki dəfə Ermənistana və Azərbaycana səfər edib, martın 20-də isə yenidən Ermənistana gedib. O, Ermənistan və Gürcüstan milli komandaları arasında keçirilən futbol matçında iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026