• Bakı 26° C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

İran hökuməti ABŞ ilə danışıqlara başlamaq üçün şərtləri açıqlayıb

DÜNYA

05 Mart 2025 | 00:05

İran hökuməti ABŞ ilə danışıqlara başlamaq üçün şərtləri açıqlayıb

İran xalqı Kiyev və Vaşinqton arasında aparılan danışıqlarda Ukrayna xalqının şahid olduğu həqarəti görməyə hazır deyil.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani həftəlik mətbuat konfransı zamanı deyib.

"Danışıqlar xoş niyyət aktıdır, onları zorla qəbul etdirmək olmaz. ABŞ artıq İrana "maksimum təzyiq"i sınaqdan keçirib. Bu təzyiq bizə problemlər yaratsa da, biz Ukrayna xalqının öz prezidentinə münasibətdə şahidi olduğu rüsvayçılığı görməyə hazır deyilik. Bizim yanaşmamız ondan ibarətdir ki, danışıqlar hörmət daxilində aparılmalıdır”, - o bildirib.


SON XƏBƏRLƏR

08 Iyun 2025
07 Iyun 2025