Kanada və Meksikanın hakimiyyət orqanları mallarına rüsum tətbiq edən Amerika lideri Donald Trampa oxşar tədbirlərlə cavab verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
“Dərhal əks reaksiya oldu: Meksika və Kanada öz tarifləri ilə cavab veriblər”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, ABŞ vətəndaşları meyvə, ət, benzin, avtomobil və elektronikanın bahalaşması ilə üzləşə bilər.