• Bakı 17° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək

DÜNYA

05 Mart 2025 | 00:25

Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək

ABŞ administrasiyasının başçısı Donald Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Konqres binasında jurnalistlərlə söhbətində bildirib.

“Prezident Trampın siyasəti çox aydındır: nüvə silahının yayılmasına dözə bilmərik, xüsusən də İranda. Bu, hazırki Amerika administrasiyasının siyasəti olacaq”, - o deyib.

Qeyd edək ki, “Bloomberg” agentliyi mənbələrə istinadən Rusiyanın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Tehranla təmasda Tramp administrasiyasına kömək etməyə razılaşdığını yazıb. İddiaya görə, Tramp fevralın 12-də baş tutmuş telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinə bu istəyini çatdırıb.


SON XƏBƏRLƏR

23 Aprel 2025